Advertisement X
  
Ən son yenilənmə: 08/03/2010
www.serat.info www.serat.info www.serat.info
Səhifələr: [1]

XANIMLAR BAYRAMI NƏ VAXTDIR?

Yaxud Klara Setkinin təşəbbüsü toplumumuz üçün optimal variantdırmı?

Qadınlar bayramı dedikdə, toplumda 8 mart assosiasiyası göz önündə canlanır. Gözümüzü açandan belədir. Bahar, çiçəklər, təbriklər, hədiyyələr, ora-bura qaçan kişilər, bayram töhfəsinin gözləntisini yaşayan xanımlar… Çox az adam bu günün qnoseoloji kökləri barədə düşünür və ondan da az insan bu sahədə nəyisə dəyişmək barədə təfəkkür edir - neyləməli, insanların çoxu mühafizəkardır, ələlxüsus da düşünüb-daşınmaq mövzularında.

Bayram gözəl şeydir. İnsan bayramlarla yaşayır, ruhi təzələnmə keçirir, yeniləşmiş durumda quruculuğa yönəlir. Amma müasir tədqiqatlar dəqiq surətdə sübut etmişlər ki, müəyyən fenomenin mənbəyi, bu fenomenin daşıyıcılarının hərəkətlərini bir növ istiqamətləndirir, kodlaşdırır. Bu səbəbdən də, keçirilən bayramların mənşəyi, onlarda iştirakçılığın mahiyyətini şərtləşdirmiş olur.

Bölmə: QADIN
Yazar: DINE_IMANA_GEL 10:24 08/03/10 Oxunub: 11 Şərhlər Şərhlər (0)  
GERÇƏK “QADINLAR GÜNÜ”

Qadın… Eyni zamanda övlad, bacı, həyat yoldaşı, ana kimi nəcib statuslara sahib olan dünyanın ən zərif məxluqu… Sadalanan statusların hər biri bəşəriyyətin ən zərif vücuduna qarşı hər kəs tərəfindən xüsusi münasibət, diqqət və qayğı tələb edir, əsasən də kişilər tərəfindən. Hər bir qadının sevilib hörmət edilməyə, mehriban və səmimi münasibətə, qayğıya ehtiyacı var. Yalnız belə olduqda qadın özünü əsl mənada xoşbəxt hiss edir.

Qadına verilməsi gərəkən dəyərdən və özəl münasibətdən boş yerə söhbət açmadıq. Belə ki, bu yaxınlarda xalqımız heç bir dini və milli mahiyyəti olmayan bir “bayram”ı – 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcək, özü də böyük təmtəraqla, canfəşanlıqla… (həmişə olduğu kimi). Halbuki, dünyada hansısa gün “Qadınlar Bayramı” kimi qeyd edilməlidirsə, bu gün mütləq xanım Fatimənin (s.ə) dünyaya göz açdığı gün olmalıdır. Çünkı məhz bu mübarək gündə qadının taleyində misli görünməmiş inqilabi dəyişiklik baş verdi. Əziz İslam Peyğəmbəri (s) qadının “əlindən tutaraq”, cahiliyyət bataqlığından nicat verdi. Qadın bütün bəşəriyyətə İlahi əmanət kimi təqdim edildi, qadına olan istismarçı, həqarətli baxışlar köklü surətdə dəyişildi. İslama qədərki dövrdə kişi müqabilində heç vaxt layiq olduğu həqiqi məqamı tapa bilməyən, həmişə zəif, bərəkətsiz, bacarıqsız, lazımsız,..., “ikinci dərəcəli” ünsür kimi baxılan qadın mübarək İslamın gəlişiylə – Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək viladəti ilə – həqiqi dəyərini tapır, xeyir və nemət mənbəyinə, İlahi mərhəmət səbəbinə çevrilir. Bu baxımdan qadının əsl mahiyyəti, həqiqəti, dəyəri barədə hər bir düşünən beyin belə qənaətə gəlir ki, sözün tam mənasında qadın heysiyyətinin və şəxsiyyətinin, bütün qadınlıq cilvələrinin vücuda gəldiyi bərəkətli bir günü, insanlığın bütün həqiqətini özündə daşıyan, kamilliyin ən gözəl təcəssümü və qadınlıq simvolu olan xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum gününü kölgədə saxlayıb, hansısa “qondarma” 8 mart gününü “Qadınlar Günü” kimi qeyd etmək - ən azından ədalətsizlikdir. Hələ bu günün kökünü və nə səbəbdən məhz 8 mart günü olduğunu araşdıranda, bu “beynəlxalq bayram”a münasibət tamamilə dəyişir. Yeri gəlmişkən, bilənlər və bilməyənlər üçün “8 Mart” bayramının necə yaranmasını xatırlayaq:

Bölmə: QADIN
Yazar: DINE_IMANA_GEL 10:21 08/03/10 Oxunub: 10 Şərhlər Şərhlər (0)  

Kor olan gözlər, açıl

Bax, yenə gəldi Kərbəla

Ürək dözmür dil açılıb

Bax, yenə gəldi Kərbəla

Kərbəla məktəbdi bil ki

Öyrədir həqqi yəqin

Teşnə qəlbin dərmanı

Zərrə səhrası Kərbəla

Aşiq öz məhbubu üçün

Etdi hər şeyni fəda

Bölmə: ŞERLƏR
Yazar: DINE_IMANA_GEL 05:12 07/03/10 Oxunub: 5 Şərhlər Şərhlər (0)  

İslam mədəniyyəti paytaxtında yaşamaqdan qürur hissi keçirən bir müsəlman kimi, bu ilin tez yekunlaşmasın istəyirəm. Çünki qorxuram. Yazıda deyildiyi kimi, bir həftədə İslam paytaxtında məscidlə bağlı bu qədər hadisə həddən artıq çoxdur. Bəlkə də sual verməli idim, “çox deyilmi?”.

Məscidin sökülməsi insanlar üçün məntiqsizdir. Hətta vicdan telləri sazlanmamışlar belə ayağının altında qalaraq dağılan qarışqa yuvasına görə heyfislənir. Evinin eyvanında yuva qurmuş sərçələrə toxunmur. O yuvalar qarışqanın və ya sərçənin evidir. İnsanın onların evini dağıtmağa əli gəlmir. Bəs necə ola bilir ki, qarışqanı, sərçəni və insanı yaradan Allahın evini gözünü də qırpmadan yerlə yeksan edə bilir insan? Necə ola bilir ki, Allah evini dağıtmaq üçün sanki bir Allah evi tikəcək qədər mübarizə aparır insan? Necə ola bilir ki, Allahın evini sökmək üçün “qanunsuz yerdə tikilib” bəhanəsi gətirə bilir insan? Məgər bütün yerlər və göylər Allaha məxsus deyilmi? Qanunsuz yerdə dayanan bizik və ya “biz deyilikmi”? Allahın yerində dayanıb, Allah evi sökürük...

Bölmə: MARAQLI
Yazar: DINE_IMANA_GEL 11:52 04/03/10 Oxunub: 17 Şərhlər Şərhlər (0)  

“Əvvəlcə kasıb olan oğlan öz ata-anasını itirir. Sonra ona baxan əmisi də dünyadan köçür. Beləliklə oğlan düşür küçələrə. İndi onun heç kimi yoxdu. Bir müddət küçədə qalır. Bir çox adamlar ona pislik edir...

Bir gün bir adam avtomobil qəzasına düşür. Həmin oğlan da bu səhnənin şahidi olur. Qəzaya düşmüş adamı xəstəxanaya aparır. Kişi yolda keçinir. Ölməmişdən əvvəl isə bütün var-dövlətini oğlana miras qoyur. Və beləliklə kasıb və yetim oğlan varlı olur. Ona edilən pisliklərin əvəzini çıxır...”

Yəqin ki bu cür standart ssenari sizə kinolardan məlumdur. Ancaq bu absurd ssenarilərin həyata keçməsini görməmişəm. Açığı o cür kinolara baxanda nə qədər dramatik olursa-olsun mənə gülməli gəlirdı.

Ancaq o gün adətən kinolarda gördüyümüz bir hadisənin canlı şahidi oldum. Bu mənim həyatımda ilk dəfə idi.

Bölmə: MARAQLI
Yazar: DINE_IMANA_GEL 11:50 04/03/10 Oxunub: 13 Şərhlər Şərhlər (0)  

Günlər, aylar, illər elə tez gəlib kecir ki, bir də görürük ki, bir ili də başa vurmuşuq. Beləliklə, illər də bir-birinin ardı ilə sanki ucub, gedir.

Bəzən düşünürsən ki, Sovet imperiyasının dağılmasından doğrudanmı 20 ilə yaxın artıq kecib. Bu elə də az zaman deyil. Sovetlər dağılan kimi respublikamızın bütün sahələrində dəyişikliklər və reformalar oldu. O cümlədən, siyasi və iqtisadi reformalarla bərabər, mənəvi həyatımızda da bu dəyişikliklərin şahidi olduq. İnsanlarımız vicdan azadığı, inanc, milli-mənəvi dəyərlərlə tanış oldular. Bir çoxları da həmin vaxtlardan öz islami kimliklərinə sahib cixaraq, dini ayinlərə əməl etməyə başladılar. Bir seyi də qeyd edim ki, bu islami kimliklərinə sahib çıxan müsəlman qardaş və bacılarımizin çoxu gənc nəsildən olanlardır. Bu inanclı gənclərin sayi günbəgün artmaqda davam edir. Əlbəttə ki, bunlardan bir coxu ailə həyatı qurmamış gənclərdir. Dinimiz isə müsəlmanlarin hələ cənc yaşlarında evlənməsinə, ailə qurmasına təkid edir. Əziz İsalm Peyğəmbəri (s) buyurmuşdu: “Evlənin ki, Allah etdiyiniz ibadətlərin və xeyir əməllərin fəzilətini artırsın”.

Evlənmək istəyənlər də, əlbəttə islam qanunarına uyğun toy məclisi təşkil etməlidirlər. Yəni, halal süfrə və insanın ruhunu oxşayan ilahilərlə müşayiət olunan məclis olmalıdır. Əsas və mühüm şərtlərdən biri də kişilərin və qadınların ayrı-ayrı salonlarda toy məclislərinin keçirməsidir. Hal-hazırda bir çox islami çevrələrdə milli-mənəvi dəyərlərimizə uyğun halal toy məclislrərinin keçirilməsi artıq adi haldır. Elə ki, iş gəlib çıxır toyun harada və necə keçirilməsinə,

Bölmə: MARAQLI
Yazar: DINE_IMANA_GEL 11:48 04/03/10 Oxunub: 10 Şərhlər Şərhlər (0)  

Heç də təəccüb etməyin. Əstəğfirullah, məcbur olmasa idik, belə bir başlıqla yazmaq istəməzdik. Bu dəfə də Dini komitənin məmurları belə bir “Lisenziyalı” Quran dərslərini inanclı insanla sürpiriz etdilər. Doğrusu, bu son illərdə o qədər dini etiqadla baglı hüquq pozuntularına rast gəlmişik ki, artrıq bir növ adət halını alıb. Dini etqad azadlığı ilə baglı dünaynın heç bir yerində baş verməyən hüquq pozuntuları bizdə baş verir. Bildiyiniz kimi azan qadağası, hicab problemi, məscidlərin sökülməsindən, bağlanmasından, namazların reqlamentinə kimi hər cür pozuntuların şahidi olmuşuq. Dini mağazalara olan təzyiqlər də bu kompaniyanin bir hissəsidir. Hətta mağazalardakı manekenlərdən hicabların açdırılması bəzi bolşevik təfəkkülü məmurların dinimizə olan münasibətindən xəbər verir. Əgər bir neçə il əvvəl din azadlığına qarşı belə qərarlar cıxarılırdısa, indi lap açıq-aydın islam dini, inanclı inasanlarin hissləri ilə bilərəkdən müxaliflik edirlər. Hər dəfə beynəlxalq qurumlar din və etiqad azadlığı ilə əlaqadar pozuntuları pisləsələr də, əksinə bizim bolşevik təfəkkürlü məmurlarımız dini etiqad azadlığına qarşı təzyiqləri günbəgün artırmaqda davam edirlər. Nə beynəlxalq qurumların qəbul etdikləri din və vicdan azadliğı müstəvisindki hüquqlar, nə də Azərbaycan Konstitusiyasının 48-ci maddəsindəki hüquqlar təmin edilmir. Buradək biz sizinlə bu pozuntuların hüquqi tərəfi ilə taniş olduq.

İndi isə keçək lisenziyali və ya lisenziyasiz Quran öyrədilməsinə.

Bölmə: MARAQLI
Yazar: DINE_IMANA_GEL 11:42 04/03/10 Oxunub: 5 Şərhlər Şərhlər (0)  

Hollandiyanın Eindhoven şəhərində "Het Plein" kollecində müəllim işləyən dosent doktor Jos Baisjens, "Azadlıq" partiyasının lideri radikal irqçi Geert Vildersin hicaba qarşı başlatdığı qadağa kampaniyasına etiraz olaraq hicab geyindi.Radikal irqçi Vilders intensiv olaraq etdiyi çıxışlarında, iqtidara gəldikləri təqdirdə hicabı qadağan edəcəyini bildirmişdir. Onun bu irqçi siyasətinə qarşı Hollandiyada müsəlman olmayan bir çox ictimai siyasi xadimlər bəyanatlar vermiş və bir çox praktiki addımlar atmışlar.

Bölmə: MARAQLI
Yazar: DINE_IMANA_GEL 11:40 04/03/10 Oxunub: 8 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
RUSLANRUSLAN ELIELI CaBiRCaBiR ORXANORXAN Dost MemmedDost Memmed dostluqlar.azersayt.comdostluqlar.azers sudeyif998sudeyif998 ElcinElcin igidigid azeriazeri ๑۩۞۩๑ADMIN๑۩۞۩๑๑۩۞۩๑ADMI HACKERHACKER HüseynHüseyn VusalVusal vusalevusale REHMAN.REHMAN. calalcalal Vusal QurbanovVusal Qurbanov orxanorxan ELVINELVIN KenanKenan Elvin AbbasovElvin Abbasov elsunelsun cosguncosgun safasafa ƏsədƏsəd TuradTurad KenanKenan KENANKENAN Idrak NəcəfovIdrak Nəcəfov IntiqamIntiqam Rüstəmov İsa Rüstəmov İsa SahilSahil FeridFerid bayrambayram liverpoolliverpool uzeyiruzeyir QurbanQurban [K][R][A][L][K][R][A][L] və 462 Qonaq